Pakistanda polis məntəqəsinə intihar hücumu gerçəkləşdirilib, ölən və yaralananlar var

Pakistanda polis məntəqəsinə intihar hücumu gerçəkləşdirilib, ölən və yaralananlar var
# 08 may 2013 07:21 (UTC +04:00)

Bakı-APA. Pakistanın şimal-qərbində terrorçu-kamikadze polis məntəqəsi yaxınlığında partlayış törədin. APA-nın məlumatına görə, kamikadze təxminən 500 kiloqram partlayıcı yüklənmiş maşını məntəqənin perimetri üzrə düzülmüş sipərə çırparaq intihar hücumu gerçəkləşdirib. Partlayış nəticəsində polis məntəqəsinin binası və yaxınlqda yerləşən bir neçə bina dağılıb. Hadisə zamanı iki nəfər ölüb, 23 nəfər yaralanıb. Yaralılar arasında beş polis əməkdaşı və iki azyaşlı uşaq var.

Terror aktına görə məsuliyyəti üzərinə götürən olmayıb. Partlayışın baş verdiyi Xayber – Paxtunxva vilayətində “Əl-Qaida” və “Taliban”ın mövqeləri kifayət qədər güclüdür, bu səbəbdən həmin təşkilatlar bu vilayətdə tez-tez terror aktları gerçəkləşdirirlər.

Qeyd edək ki, partlayış mayın 11-də baş tutacaq parlament seçkiləri ərəfəsində baş verib. Bu, Pakistan tarixində mövcud hökumətin öz səlahiyyətlərini demokratik yolla təhvil verməsinə dair ilk hal olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR