Azərbaycanlı deputat NATO PA ilə Avropa Parlamentinin birgə təşkil etdiyi müzakirələrə qatılır

Azərbaycanlı deputat NATO PA ilə Avropa Parlamentinin birgə təşkil etdiyi müzakirələrə qatılır
# 23 sentyabr 2013 15:38 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin deputatı Məlahət İbrahimqızı sentyabrın 24-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək.

Parlamentdən APA-ya verilən məlumata görə, deputat burada təşkil olunmuş NATO Parlament Assambleyasının Avropa Parlamenti ilə birgə seminarında iştirak edəcək.

Tədbirdə Avropa İttifaqı Şurasının bu ilin dekabr ayında keçiriləcək müdafiə məsələlərinə həsr olunmuş iclasına hazırlıq, habelə 2014-cü ildən sonra NATO və Avropa İttifaqının təhlükəsizlik sahəsində rolu barədə müzakirələr aparılacaq. Səfər sentyabrın 27-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR