İstintaq təcridxanasına telefon keçirilməsinin qarşısı alınıb

İstintaq təcridxanasına telefon keçirilməsinin qarşısı alınıb
# 04 iyun 2014 11:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına qadağan olunmuş vasitənin keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada saxlanılan, Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2 maddələrinə əsasən həbs edilmiş şəxs İbrahim Nadir oğlu Muxtarova xalası oğlu vətəndaş Maarif Nuhbala oğlu Dəmirovun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman sovqatda olan badımcanın içərisindən daxilində danışıq kartı olmayan 1 ədəd “Kenxinda” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR