Pakistanda qırıcı təyyarə qəzaya uğrayıb, hər 2 pilot həlak olub

Pakistanda qırıcı təyyarə qəzaya uğrayıb, hər 2 pilot həlak olub
# 16 yanvar 2014 20:26 (UTC +04:00)

Bakı-APA. Pakistanın Pencab əyalətində ölkənin Hərbi-Hava Qüvvələrinə məxsus Fransa istehsalı olan “Dasso Miraj III” tipli qırıcı təlim təyyarəsi qəzaya uğrayıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, qəza nəticəsində təyyarənin hər 2 pilotu həlak olub.

Pakistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin açıqlamasına əsasən, təyyarə plan üzrə təlim uçuşu həyata keçirirmiş.

Hadisə yerində araşdırma aparılır. Qəzanın səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR