"Atletiko" İspaniya çempionu oldu - VİDEO

"Atletiko" İspaniya çempionu oldu - <span style="color: red;">VİDEO
# 17 may 2014 22:27 (UTC +04:00)

Apasport.az saytının xəbərinə görə, turun mərkəzi qarşılaşması Kataloniyada baş tutub.


“Nou Kamp” stadionunda Madrid “Atletiko”sunu qəbul edən “Barselona” Aleksisin qolu ilə fasiləyə üstün yollanıb. Bu qol meydan sahiblərinin qızıl medalları qazanmaq şansını artırıb. Amma fasilədən sonra qonaqlar bərabərlik topunu vurmaqla, məğlubiyyətdən qaçıblar. Yekunda 1:1 hesabı madridlilərin 18 ildən sonra İspaniya çempionu olmasına kifayət edib.

Günün digər matçında Madrid “Real”ı öz meydanında “Espanyol”u məğlub edib.


İspaniya La Liqası, XXXVIII tur

17 may

“Real” – Espanyol - 3:1
Beyl, 64; Morata, 86; 90+2 - Pizzi, 90


“Barselona” – “Atletiko” - 1:1
Aleksis, 33 - Qodin, 49

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR