AB parlamentlərinin spikerləri Rusiyanı yeni sanksiyalarla təhdid ediblər

AB parlamentlərinin spikerləri Rusiyanı yeni sanksiyalarla təhdid ediblər
# 08 aprel 2014 19:34 (UTC +04:00)

Bakı-APA. AB parlamentlərinin spikerləri Vilnüsdə keçirilmiş konfransın yekun bəyanatında Rusiyanı yeni sanksiyalarla təhdid ediblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yekun sənəddə deyilir: “Spikerlər Rusiyanın Ukraynada böhranın nizamlanması istiqamətində real addımlar atmasını tələb ediblər və Rusiyanın Ukraynadakı vəziyyətin gərginləşməsi üçün gələcəkdə hər-hansı addım atacağı təqdirdə bu ölkəyə qarşı, sanksiyalar da daxil olmaqla, əlavə tədbirlərin həyata keçirilməsini dəstəkləyirlər”.

Konfrans iştirakçıları həmçinin AB-nin rusiyalı rəsmi şəxslərə qarşı sanksiyaların tətbiq olunmasını dəstəkləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR