“Leyla Əliyeva: “Xocalıya Ədalət!” kitabının III cildi çapdan çıxıb

“Leyla Əliyeva: “Xocalıya Ədalət!” kitabının III cildi çapdan çıxıb
# 09 iyun 2014 14:45 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. AMEA-nın İnsan Hüquqları İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilmiş, yazıçı-publisist, əməkdar jurnalist Vasif Səmədov və tanınmış alim, professor Rövşən Vəlizadənin “Leyla Əliyeva: “Xocalıya Ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” adlı üç cildlik monumental əsərin üçüncü cildi işıq üzü görüb.

APA-nın məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən “Xocalıya Ədalət!” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyasının 5 illiyinə həsr edilmiş bu kitabda beynəlxalq terrorun bir qolu olan erməni terrorçularının müxtəlif tarixi dövrlərdə Azərbaycan torpaqlarında, xüsusilə ötən əsrin son illərində Ermənistan və onların havadarlarının köməyi ilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalı yaşayış məntəqəsində törətdikləri soyqırımdan bəhs edilir.

Kitabın əsas mövzusu Xocalı soyqırımı olsa da, əslind, bu əsər ümumilikdə Qarabağ faciəsini bütün kəskinliyi və amansızlığı ilə əks etdirir. Zəngin fakt və sənədlərlə əhatələnmiş kitabın ilk iki cildinin təqdimatı geniş ictimaiyyətin, dövlət nümayəndələrinin iştirakı ilə keçirilib.

Sonuncu cildin səciyyəvi xüsusiyyətlərindən biri odur ki, burada “Xocalıya Ədalət!” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyasının beş illik fəaliyyətinin nəticələrinin dəyərləndirilməsinə, “Xocalıya Ədalət!” hər’katının milli, regional və beynəlxalq səviyyələrdə gördüyü işlərin əhəmiyyətinə xüsusi diqqət verilib. Kitabın üçüncü cildində xüsusi diqqət çəkən məqamlardan biri də məhz erməni mənşəli dünya alimlərinin tarixi faktlar haqqında söylədikləri fikirlərdir. Belə ki, bu ziyalılar dövri mətbuat səhifələrində və elmi-tədqiqat əsərlərində öz erməni həmkarlarına tarixi həqiqətləri təhrif etmələri barədə sərt ittihamlar söyləyiblər. Nümunə kimi bu məqalələrdən bir neçəsi kitabın məhz sonuncu cildində oxuculara təqdim edilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR