Xaricdə oxumaq üçün növbəti 165 namizəd barədə müsbət qərar qəbul olunub

Xaricdə oxumaq üçün növbəti 165 namizəd barədə müsbət qərar qəbul olunub
# 03 oktyabr 2013 14:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş növbəti 165 namizəd barədə müsbət qərar qəbul olunub. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 766 namizəd barədə müsbət qərar qəbul edilib. Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün sənəd vermiş digər namizədlər barədə müvafiq qərar qəbul olunduğu zaman bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR