Rusiya və İran prezidentləri arasında yaxın vaxtlarda görüş keçiriləcək

Rusiya və İran prezidentləri arasında yaxın vaxtlarda görüş keçiriləcək
# 09 sentyabr 2013 14:12 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

İranlı həmkarı Hüseynəmir Abdullahianla Moskvada keçirilən görüşdə M. Boqdanov Vladimir Putinin yaxın vaxtlarda İranın yeni seçilmiş prezidenti Həsən Ruhani ilə yüksək səviyyədə görüşünün keçiriləcəyini söyləyib.

Qeyd edək ki, sentyabrın 13-də Şanxay Əməkdaşlıq Təşkilatı dövlət başçılarının Bişkekdə toplantısı olacaq. İran və Rusiya başçılarının həmin toplantı çərçivəsində bir araya gələcəyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR