Unibank-ın “Facebook” səhifəsi ən sosial yönümlü bank səhifəsi seçilib

Unibank-ın “Facebook” səhifəsi ən sosial yönümlü bank səhifəsi seçilib
# 21 aprel 2014 09:53 (UTC +04:00)

Bakı – APA-Economics. Unibank-ın Facebook səhifəsi beynəlxalq Socialbakers xidməti tərəfindən mart ayının nəticələrinə görə də, “Ən sosial yönümlü səhifə” nominasiyasının qalibi olub.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, Unibank-ın Facebook səhifəsi yeganə bank səhifəsidir ki, 2014-ci ildən hər ay Socialbakers tərəfindən dərc edilən ən sosial yönümlü səhifələrin “TOP 5”-liyinə daxil edilir.

Socialbakers (http://www.socialbakers.com/) sosial şəbəkələrin monitorinqi və təhlili ilə məşğul olur və 75-dən çox ölkədə minlərlə müştəriyə xidmət göstərir.

Qeyd edək ki, hazırda Unibank-ın Facebook səhifəsinin (https://www.facebook.com/unibank.az?fref=ts) istifadəçilərinin sayı 190 minə yaxınlaşır. Bu da banklar arasında tərəfdaşların sayına görə, ən böyük səhifədir. Hər gün minlərlə istifadəçi burda Unibank-ın məhsul və xidmətləri haqda sual ünvanlayaraq, qısa müddətə məlumat ala bilirlər. Unibank-ı birinci etdikləri üçün, Bank bütün Facebook tərəfdaşlarına öz dərin təşəkkürünü bildirir.

Əlavə məlumat üçün – www.facebook.com/unibank.az

Unibank – hər kəsin bankı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR