ABŞ dövlət katibinin köməkçisi təyin olunan Viktoriya Nulandın andiçmə mərasimi keçirilib - FOTO

ABŞ dövlət katibinin köməkçisi təyin olunan Viktoriya Nulandın andiçmə mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 19 sentyabr 2013 15:31 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi vəzifəsinə təyin edilən ABŞ Dövlət Departamentin keçmiş mətbuat katibi Viktoriya Nulandın andiçmə mərasimi keçirilib. APA-nın Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, V. Nuland dövlət katibi Con Kerrinin qarşısında and içib. Bundan sonra V. Nuland Avropa və Avrasiya regionundakı ölkələrlə bağlı məsələlərə baxacaq.

Dövlət Departamentinin mətbuat katibi vəzifəsindən əvvəl isə o, ABŞ-ın NATO-dakı nümayəndəsi olub və ABŞ-ın Rusiyadakı səfirliyində çalışıb.

Qeyd edək ki, V. Nulandın Avropa və Avrasiya işləri üzrə dövlət katibinin köməkçisi vəzifəsinə namizədliyini ABŞ prezidenti Barak Obama irəli sürüb. Sentyabrın 12-də Senat onun namizədliyini təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR