Roma Papası İran xalqına başsağlığı verib

Roma Papası İran xalqına başsağlığı verib
# 11 aprel 2013 10:49 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Roma Papası I Fransisk İranın Buşəhr vilayətində baş vermiş zəlzələ ilə bağlı başsağlığı verib.

APA-nın məlumatına görə, Roma Papası təbii fəlakətdən zərər çəkmiş və evsiz-eşiksiz qalmış İran xalqı ilə həmrəy olduğunu bildirib: “Mən ölümlərə və ziyana səbəb olan İrandakı dağıdıcı zəlzələ haqda eşitdim. Mən təbii fəlakətin qurbanları üçün dua edir və zərər çəkmiş insanların dərdlərin şərik olduğumu bildirirəm”.

Qeyd edək ki, aprelin 9-da yerli vaxtla saat 16:22-də yerin 12 km dərinliyində Buşəhr vilayətinin Kaki şəhərində Rixter cədvəli ilə 6.1 bal gücündə zəlzələ baş verib. Nəticədə Kaki, Hörmüz və Kenqan şəhərlərinə ciddi ziyan dəyib. Hörmüz şəhərinin ətrafında iki kənd tamamilə dağıdılıb. Təbii fəlakət nəticəsində 700 ev dağılıb, 39 nəfər ölüb, 950 nəfər də yaralanıb. Ölənlərdən 8 nəfəri 10 yaşlarında olan uşaqlardır. Buşəhr vilayətinin valiliyindən dəyən ziyanın miqdarının 154 milyard tümən olduğu bildirilib. Zəlzələ Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Bəhreyn və Səudiyyə Ərəbistanında da hiss olunub. İndiyədək ərazidə 90 təkrar təkan qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR