Hesablama Palatası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətində və Cəlilabad rayon İcra Hakimiyyətində yoxlama aparacaq

Hesablama Palatası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətində və Cəlilabad rayon İcra Hakimiyyətində yoxlama aparacaq
# 05 dekabr 2014 12:31 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Hesablama Palatasının Kollegiya iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsi üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Kollegiyada həmçinin Cəlilabad rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin istifadəsi və Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin maliyyə-təsərrüfat fəaliyyəti üzrə dair audit proqramları təsdiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR