İtaliya sahil mühafizə xidməti 3 000-dən çox miqrantı xilas edib

İtaliya sahil mühafizə xidməti 3 000-dən çox miqrantı xilas edib
# 30 may 2015 03:29 (UTC +04:00)

Bakı-APA. İtaliya sahil mühafizə xidməti sutka ərzində Afrikadan Avropaya keçməyə çalışan 3 300 miqrantı xilas edib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, həyəcan siqnalı 17 müxtəlif tipli gəmidən daxil olub.

Xilasedici əməliyyat zamanı 17 meyitin aşkar olunduğu bildirilir.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, ilin əvvəlindən Aralıq dənizini keçməyə cəhd göstərərkən Afrika və Yaxın Şərqdən olan 1826 miqrant ölüb.

BMT-nin hesablamalarına görə isə, 2015-ci ildə 40 minə yaxın insan Afrikadan Avropaya keçməyə cəhd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR