Sabah İranla AEBA arasında növbəti müzakirələr keçiriləcək

Sabah İranla AEBA arasında növbəti müzakirələr keçiriləcək
# 12 fevral 2013 08:43 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında fevralın 13-də növbəti müzakirələr keçiriləcək.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın AEBA-dakı daimi nümayəndəsi Əli Əsgər Sultaniyə açıqlama verib. Onun sözlərinə görə, tərəflər arasında görüş Tehranda olacaq.

Qeyd edək ki, İranla AEBA arasında son müzakirələr yanvarın 16-17-də Tehranda keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR