Bank Of Baku

Bakıda Kolumbiyanın sənətkarlıq nümunələrinin sərgisi açılıb

Bakıda Kolumbiyanın sənətkarlıq nümunələrinin sərgisi açılıb
# 30 sentyabr 2026 19:46 (UTC +04:00)

Bakıda Kolumbiyanın ənənəvi sənətkarlıq nümunələrinə həsr olunmuş “The Art of Tamo: A Colombian Artisanal Tradition in Azerbaijan” adlı sərginin açılışı keçirilib.

APA xəbər verir ki, Kolumbiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə diplomatik korpusun nümayəndələri, incəsənət və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən Kolumbiyanın Azərbaycandakı səfiri Nelsi Rakel Munar Xaramiyo iki ölkə arasında mədəni əlaqələrin inkişafında bu cür layihələrin əhəmiyyətini vurğulayıb:

“Hər iki ölkədə əl işlərinə, milli irsə və nəsildən-nəslə ötürülən sənət ənənələrinə böyük önəm verilir”.

Qeyd edək ki, sərgidə Kolumbiyanın Narinyo bölgəsinin Pasto şəhərindən olan sənətkar Daniel de la Kruzun əl işləri təqdim olunur. Əsərlər buğda və arpa saplaqlarından istifadə edilən ənənəvi “enchape en tamo” texnikası ilə hazırlanıb.

Bu texnika XVI əsrdə Kolumbiyanın cənubunda yaranıb.

Sərgi oktyabrın 4-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR