Rəsmi Dəməşq müxalifətin şərtlərini rədd edib

Rəsmi Dəməşq müxalifətin şərtlərini rədd edib
# 07 fevral 2013 20:40 (UTC +04:00)

Bakı-APA. Suriya XİN rəhbərinin müavini Feysəl əl Mikdad Müxalifətin Milli Koalisiyasının lideri Əhməd Muaz əl Xatıbın danışıqların başlanması üçün səsləndirdiyi şərtləri rədd edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə “Əl Cəzirə”telekanalı xəbər yayıb.

Suriya XİN rəhbərinin müavininin sözlərinə görə, Əhməd Muaz əl Xatıbın Dəməşqlə danışıqların başlanması barədə təklifi sadəcə müxalifətin Bəşər Əsəd tərəfindən yanvarda irəli sürdüyü sülh təşəbbüsünə cavab cəhdidir. O Müxalifətin Milli Koalisiyasının liderinin irəli sürdüyü şərtləri rədd edərək qeyd edib ki, Dəməşqlə müxalifət arasında danışıqların başlanması üçün müxalifətçilər, ilk növbədə, hərbi yolla qələbə çalmaq niyyətindən geri çəkilməlidir. “Biz silahı yerə qoyub danışıqlar ideyasına gələn hər bir şəxsi salamlayırıq”, deyə o qeyd edib.

Xatırladaq ki, danışıqların başlanması üçün irəli sürülən şərt 160 min məhbusun azad olunması ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR