Əli Əhmədov: “Türkiyə Dağlıq Qarabağ probleminin həllində böyük rol oynaya bilər”

Əli Əhmədov: “Türkiyə Dağlıq Qarabağ probleminin həllində böyük rol oynaya bilər”
# 22 aprel 2013 15:49 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Azərbaycan dəfələrlə Türkiyənin Dağlıq Qarabağ probleminin həll olunmasında böyük rol oynaya biləcəyi fikrini vurğulayıb”. APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov ABŞ dövlət katibi Con Kerrinin Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb olunması ilə bağlı təklifinə münasibət bildirərkən deyib.

Ə. Əhmədov qeyd edib ki, xüsusilə Qarabağ münaqişəsinin həll olunması ilə əlaqədar vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun öz missiyasını layiqincə yerinə yetirə bilməməsi fonunda Türkiyə kifayət qədər obyektiv görünür: “Digər tərəfdən, vasitəçilərin tərkibinə nəzər saldıqda Azərbaycanın maraqlarını müdafiə edəcək hər hansı bir tərəf yoxdur. Bir tərəfdən vasitəçilər tərəfsiz deyillər, digər tərəfdən Azərbaycanın haqlı mövqeyini müdafiə edəcək vasitəçi yoxdur. Belə olan halda Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında rolunun əhəmiyyəti daha da artır. Hesab edirəm ki, Türkiyənin bütövlükdə Cənubi Qafqazda rolu, regionla bağlı proseslərin həll olunmasında rolu və perspektivləri münaqişənin nizama salınmasına da əhəmiyyətli təsir göstərmək imkanlarını yaradır”.

Ə. Əhmədov onu da əlavə edib ki, C. Kerri tərəfindən belə fikrin səsləndirilməsi təsadüfi deyil.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR