Federal qüvvələr Şeyx Şamilin muzey kompleksini atəşə tutublar

Federal qüvvələr Şeyx Şamilin muzey kompleksini atəşə tutublar
# 11 fevral 2013 08:36 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Dünən günorta saatlarında Dağıstanın Buynaksk rayonunun Gimri aulunda Şeyx Şamilin muzey kompleksi federal qüvvələr tərəfindən atəşə tutulub. APA-nın aul sakinlərinə istinadən verdiyi xəbərə görə, atəşə səbəb ətraf dağlarda gizlənən silahlıların bir hissəsinin muzeydə gizlənməsi barədə məlumat olub.

Atəş nəticəsində muzeydə Şeyx Şamilin büstü, onun naiblərinin və müridlərinin portretləri, tarixi geyimləri, o cümlədən muzey binası ciddi zədələnib. Daha sonra muzeydə heç bir yaraqlının olmadığı aşkarlanıb. Bununla bağlı yerli aul sakinləri hökumətə qarşı etiraz aksiyası keçiriblər. Hazırda hökumət nümayəndələri ilə aul ağsaqqalları arasında insidentlə bağlı danışıqlar gedir. Dağıstan Daxili İşlər Nazirliyi məsələnin araşdırılacağına söz verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR