Lənkəranda naməlum kişi meyiti tapılıb - YENİLƏNİB

Lənkəranda naməlum kişi meyiti tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 11 fevral 2013 18:34 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda təqribən 40-50 yaşlarında, boyu 1 metr 87 sm olan naməlum kişi meyiti tapılıb. APA-nın cənub bürosunun məlumatına görə, meyit bu gün saat 15.30 radələrində rayonunun Liman şəhəri ərazisində yerli sakinlər tərəfindən Xəzər dənizi sahilində qrunt sularının yığıldığı və dərinliyi 2-3 metr olan göldə aşkarlanıb. Hadisə yerinə gələn polis əməkdaşları şəxsiyyətinin tanınması, xarici və daxili müayinəsi üçün meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil veriblər. Meyitin xarici müayinəsi zamanı onun üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib. Ölümün dəqiq səbəbinin isə daxili orqanların müayinəsindən sonra məlum olacağı bildirilib.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) verilən məlumata görə, əynində qara idman formasının, açıq boz rəngdə üçdüyməli qış köynəyinin, bığının və saçının sarı rəngdə olduğu bu kişinin bədəninin sol döş qəfəsinin 1/3 hissəsində döymə ilə “Zenfira”, sol qolunun çiyin hissəsinə isə “ANA” sözləri yazılıb. Hər iki ayağında da döymələr var. Lənkəran ŞRPŞ-nin əməkdaşları meyiti tanıyan şəxslərdən 025 25 4 8338 və 051 404 64 64 nömrələrinə zəng vurmalarını xahiş ediblər.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR