Azərbaycanda il ərzində bank aktivləri 27% artıb

Azərbaycanda il ərzində bank aktivləri 27% artıb
# 08 fevral 2013 07:40 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivləri 2013-cü il yanvarın 1-nə 17 643,4 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin yanvarın 1-nə nisbətən 3 696,6 mln. manat və ya 26,5% çoxdur.

«APA-Economics»in xəbər verdiyi kimi, bu, Azərbaycan Mərkəzi Bankın məlumatında göstərilir.

Müqayisə üçün bildirək ki, 2011-ci ildə bank aktivlərinin həcmi 656 mln. manat və ya 4,9% atıb.

Qeyd edək ki, təkcə dekabr ayında aktivlərin həcmi 822,2 mln. manat və ya 4,9% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR