Balakəndə meşədə meyiti tapılan şəxsi qətlə yetirənlər tutulub

Balakəndə meşədə meyiti tapılan şəxsi qətlə yetirənlər tutulub
# 09 oktyabr 2014 09:57 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 3-də Balakən rayonunda meşədə Qullar kənd sakini Vaqif Omarovun meyiti tapılıb. Onun ov tüfəngindən açılmış atəşlə qətlə yetirildiyi məlum olub.

Hadisə yerində “İJ-12” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat və istintaq tədbirləri nəticəsində qətli törətmiş Füzuli rayon sakinləri Mansur Heydərzadə, Sahil Quliyev, Əvəz Məmmədov, Balakən rayon sakinləri Məhəmməd Xizriyev, İntiqam Umarov tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR