Avropa İttifaqı Lukaşenkoya qarşı sanksiyaları müvəqqəti dayandırıb

Avropa İttifaqı Lukaşenkoya qarşı sanksiyaları müvəqqəti dayandırıb
# 30 oktyabr 2015 11:04 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Avropa İttifaqı Şurası 2016-cı ilin 29 fevralına kimi Belarus prezidenti Aleksandr Lukaşenko və bu ölkənin 170 vətəndaşına qarşı tətbiq olunmuş sanksiyaları dayandırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Avropa İttifaqı ərazisinə səfər qadağası qoyan və Avropa banklarındakı aktivlərin dondurulmasını nəzərdə tutan sanksiyaların dayandırılması barədə qərar A. Lukaşenkonun oğulları Dmitri və Viktora da şamil edilib.

Xatırladaq ki, bu ilin avqustunda Aleksandr Lukaşenko 2010-cu il prezident seçkilərində kütləvi iğtişaşlar törətməkdə günahlandırılaraq həba olunan 6 müxalifətçinin azadlığa buraxılması barədə qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR