Əbülfəs Qarayev: “Keçən il “Şahdağ” və “Tufan” qış-turizm obyektlərində adam əlindən tərpənmək mümkün deyildi”

Əbülfəs Qarayev: “Keçən il “Şahdağ” və “Tufan” qış-turizm obyektlərində adam əlindən tərpənmək mümkün deyildi”
# 02 dekabr 2014 11:44 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, nazirlik mehmanxana və qida təşkili ilə məşğul olan təşkilatlara tövsiyə verir: “Sizi yüz faiz əmin edirəm ki, qış turizmi ilə bağlı bu il “Tufan” və “Şahdağ” daxilində qiymət artımı olmayacaq. Əksinə, insanlara daha çeşidli və keyfiyyətli xidmət təqdim olunacaq”.

Nazir əlavə edib ki, Azərbaycanda qış turizm mövsümü dekabrın 20-25-də açılacaq: “Turizm şirkətlərinin nümayəndələri üçün xüsusi treninqlər keçiriləcək. Əsas narazılıq xizək sürmək və təhlükəsizlik ölçülərinin götürülməsi ilə bağlıdır. Təsəvvür edin, keçən il bir gündə 1800 nəfər insan qış turizm obyektinə getmişdi. İstər-istəməz sıxlıq olurdu, narazılıq yaranırdı. Amma bu il həmin obyektlərdə istirahət etmək istəyən insanlar əvvəlcədən internet vasitəsilə bədən ölçülərini təqdim edəcək və xizək sürmək üçün təhlükəsizlik tədbirlərinin görülməsi, geyimlərin verilməsi vaxt aparmayacaq. İnsanlar başa düşməlidirlər ki, xizək sürmək təhlükəli, kifayət qədər riskli və ekstremal idman növüdür. Keçən il biz qalstukla, telefon əlində xizəklə şəkil çəkdirən insanları gördük və gülümsədik. Amma burda gülümsəməli bir şey yoxdur. İnsanların təhlükəsizliyi təmin olunmalıdır. Həm öz tərəflərindən, həm də həmin istirahət mərkəzinin əməkdaşları tərəfindən”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR