Bakıda İslam Həmrəylik İdman Federasiyasının Baş Assambleyası keçiriləcək

Bakıda İslam Həmrəylik İdman Federasiyasının Baş Assambleyası keçiriləcək
# 30 oktyabr 2015 12:19 (UTC +04:00)

Bakı – APA. Bakıda “Boulevard” hoteldə İslam Həmrəylik İdman Federasiyasının 9-cu Baş Assambleyası keçiriləcək. Milli Olimpiya Komitəsindən (MOK) apasport.az saytına verilən məlumata görə, yığıncağa İcraiyyə Komitəsinin üzvləri və fəxri baş katib Şahzadə Abdulhakim Bin Mosaad Bin Abdulaziz Al Saud da qatılacaq.


Assambleyada ölkəmizi MOK-un vitse-prezidenti və İslam Həmrəylik İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə, Prezident yanında Gənclər Fondunun rəhbəri Fərhad Hacıyev, həmçinin MOK-un və Gənclər və İdman Nazirliyinin nümayəndələri təmsil edəcəklər.


Yığıncağın təqviminə əsasən, noyabrın 2-də Marketinq nümayəndələrinin və Əlaqələndirmə Komissiyasının (saat 15:00), bir gün sonra XXIV İcraiyyə Şurasının iclasları (10:00) baş tutacaq. Baş Assambleyanın açılış mərasimi isə noyabrın 4-ü saat 10:00-a təsadüf edəcək.


Burada 45-dən çox ölkədən 110-dan çox nümayəndənin iştirakı gözlənilir.

Qeyd edək ki, 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarına Bakı ev sahibliyi edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR