Kukla Teatrı Azərbaycanı beynəlxalq festivalda təmsil edəcək

Kukla Teatrı Azərbaycanı beynəlxalq festivalda təmsil edəcək
# 08 aprel 2013 11:37 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı aprelin 23-25-də Türkiyədə (Əskişəhər) keçiriləcək beynəlxalq kukla teatrı festivalında iştirak edəcək. Teatrın direktoru Rəşad Əhmədzadənin APA-ya verdiyi məlumata görə, teatr Rəhman Əlizadənin “Sehrli mücrü” tamaşasını nümayiş etdirməyi planlaşdırır.

UNESCO-nun təşkilatçılığı ilə keçiriləcək festivalda Türkiyə və Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Tatarıstan, Çin, İndoneziya, Misir və Yunanıstandan olan qrupların iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR