Azərbaycanda beynəlxalq mühasibat uçotunun əsasları mövzusunda regional təlimlər başlayıb

Azərbaycanda beynəlxalq mühasibat uçotunun əsasları mövzusunda regional təlimlər başlayıb
# 03 aprel 2013 08:53 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq beynəlxalq mühasibat uçotunun əsasları mövzusunda regional təlimlərə start verilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, ilk regional təlimin aprelin 1-dən etibarən Maliyyə Nazirliyinin Saatlı Rayonu üzrə Maliyyə İdarəsində, həmin rayonun büdcə təşkilatlarının baş mühasibləri üçün keçirilməsinə başlanılıb.

İl ərzində respublikanın bütün bölgələrini əhatə edəcək təlimlər Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR