Gigiyenik normaları pozan 53 müəssisənin sahibkarı cərimə olunub

Gigiyenik normaları pozan 53 müəssisənin sahibkarı cərimə olunub
# 22 noyabr 2012 13:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Cari ilin oktyabr ayı ərzində gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 53 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. Bundan başqa, 12 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 23 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. APA-nın xəbərinə görə, orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 857, mikrobioloji göstəricilərinə görə 897, toksikoloji göstəricilərinə görə 102, radioloji göstəricilərinə görə 37 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 13-də orqanoleptik və fiziki-kimyəvi, 22-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən 3191 yaxma nümunəsi, 57 soyuq qəlyanaltı nümunəsi götürülüb, 53 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib. Oktyabr ayı ərzində əhali arasında 64 qida zəhərlənməsi hadisəsi baş verib, 155 nəfər zərərçəkən olub. O cümlədən 1 botulizm hadisəsi baş verib, 1 nəfər zərərçəkən olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR