Gürcüstan paytaxtında "Tbilisoba" bayramı keçirilib

Gürcüstan paytaxtında "Tbilisoba" bayramı keçirilib
# 25 oktyabr 2014 18:38 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bayram tədbirində Gürcüstanın baş naziri İrakli Qaribaşvili və bütün Gürcüstanın katalikos-patriarxı II İlya iştirak ediblər.

Tiflisdə fəaliyyət göstərən "Ceyran" folklor rəqs ansamblı "Tbilisoba" bayramında çıxış edib və gənc azərbaycanlı rəqqasələr Azərbaycan və gürcü rəqslərindən ibarət folklor nümunələrini, o cümlədən "Sarı gəlin" rəqsini nümayiş etdiriblər.

Bayramın proqramı sabah davam edəcək, müxtəlif konsert və şou-proqramlar nümayiş olunacaq, eyni zamanda retro-avtomobillərin, rəsm əsərlərinin sərgisi, meyvə festivalı və şərab paradı keçiriləcək.

Bu gün bayram tədbirləri bölgələrdə də başlayıb. Qardabanidə "Qardabnoba" ("Qardabani Günü") adlanan bayram keçirilir.

"Tbilisoba" bayramı artıq 35-ci dəfədir ki, keçirilir. Bayramın keçirilməsinə 1979-cu ildən başlanıb və 1988-ci ildən bəri mütəmadi olaraq qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR