Çaylarda çirklənmə vəziyyətini öyrənmək məqsədilə aparılan növbəti monitorinqin nəticələri açıqlanıb

Çaylarda çirklənmə vəziyyətini öyrənmək məqsədilə aparılan növbəti monitorinqin nəticələri açıqlanıb
# 13 fevral 2013 09:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə fevral ayının I ongünlüyü üçün növbəti monitorinqlər həyata keçirib. ETSN-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, fevral ayının I ongünlüyündə Kür çayında suyun sərfi yanvar ayının III ongünlüyünə nisbətən 5 m3/san artaraq 140 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib.


Fevral ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz və Bəhramtəpə məntəqələrində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 4, I Şahsevəndə isə fenollar 2, mis birləşmələri 3 dəfə normanı keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.89-6.20 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR