Nitsadakı terrorla bağlı həbs olunanlara ittiham irəli sürülüb

Nitsadakı terrorla bağlı həbs olunanlara ittiham irəli sürülüb
# 22 iyul 2016 09:27 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. İyulun 14-də Fransanın Nitsa şəhərində baş vermiş terror aktı ilə bağlı həbs olunan 5 nəfərə ittiham irəli sürülüb.

APA-nın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Paris Prokurorluğunun məlumatında deyilir.

Qeyd edək ki, Parisin prokuroru Fransua Molens terrorla əlaqəsi olmaqda şübhəli bilinən 5 nəfərin həbs olunması faktını təsdiqləyib. Onlardan 3-ü tunisli, digərləri isə albaniyalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR