Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində artım müşahidə olunub

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində artım müşahidə olunub
# 05 dekabr 2014 12:26 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-170, Kiçik Qafqazın çaylarında 60-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 140-170 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, dekabrın 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 150 m3/s olmaqla ongünlük normanın 96 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 77 m3/s olmaqla, ongünlük normanın 100 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Bankədə 12, Salyanda 10 sm azalma, Şirvanda 4, Araz çayının Novruzlu məntəqəsində isə 3 sm artım qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR