“Yazıçılarımızı dünyaya tanıdaq” layihəsi çərçivəsində ingilis dilində kitab dəsti nəşr edilib

“Yazıçılarımızı dünyaya tanıdaq” layihəsi çərçivəsində ingilis dilində kitab dəsti nəşr edilib
# 08 iyun 2015 12:15 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “XAN” nəşriyyatında “Yazıçılarımızı dünyaya tanıdaq” layihəsi çərçivəsində kitab dəsti nəşr edilib.

“Hədəf” Şirkətlər Qrupunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibəylinin ön sözü ilə çap olunan nəşrin layihə məsləhətçisi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, kitab dəstlərinin müəllifi və layihənin rəhbəri Şəmil Sadiq, naşiri Müşfiq XAN, ingilis dilinə tərcümə edəni Könül Nəsibova, redaktoru Nərgiz Cabbarlıdır.

Layihənin hazırlanmasında “Hədəf Nəşrləri”nin mütəxəssisləri iştirak ediblər. Kitabda Azərbaycanın bir sıra tanınmış yazıçılarının həyat və yaradıcılığı haqqında məlumat verilir, onların əsərlərindən müəyyən nümunələr təqdim edilir. İngilis dilində olan topluda Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Məhəmməd Hüseyn Şəhriyar, Mir Cəlal, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, İsa Muğanna, Məmməd Araz, Anar, Elçin, Kamal Abdullanın əsərləri yer alıb.

20 ayrı kitabçadan və bir ümumi kitabdan ibarət dəstin nəşrində məqsədi I Avropa Oyunları çərçivəsində ölkəmizi ziyarət edəcək qonaqlarda Azərbaycan mədəniyyətinə xüsusi rəğbət oyandırmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR