Azərbaycanda dörd şadlıq sarayında vergidən yayınma faktları aşkarlanıb

Azərbaycanda dörd şadlıq sarayında vergidən yayınma faktları aşkarlanıb
# 05 dekabr 2014 12:29 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanda dörd şadlıq sarayı və iki restoranın vergidən yayındığı məlum olub.

APA-Economics”in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin rəsmi saytındakı vergi borcunu ödəməyən vergi ödəyiciləri barədə məlumatda bildirilir.

Məlumatda bildirilir ki, Bakı şəhər Vergi Departamentinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı müəyyən olunub ki, Bakı şəhəri Binəqədi rayonunda yerləşən “Ramin” şadlıq sarayı, Qaradağ rayonunda yerləşən "Sahil" şadlıq evi və “Dörd qardaş” şadlıq sarayı, Nəsimi rayonunda yerləşən “Gülüstan” şadlıq evi dövlət büdcəsinə vergi ödəmir.

Bundan başqa, Xətai rayonunda “Çinar” və Suraxanı rayonunda "Şeş-beş" restoranlarının vergidən yayındığı məlum olub.

Bununla yanaşı, vergi borcunun həcmi qeyd edilməyib.

Faktla bağlı qanuna müvafiq tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR