Gürcüstanda avtomobil satışının həcmi 30 faiz azalıb

Gürcüstanda avtomobil satışının həcmi 30 faiz azalıb
# 26 mart 2013 14:45 (UTC +04:00)

APA-nın “Qruziya-onlayn”a istinadən yaydığı məlumata görə, “Toyota Center Caucasus” şirkətinin rəhbəri biznesin rəsmən dondurulduğunu deyib. İrakli Qurçianinin sözlərinə görə, istehlakçı ölkədə ikihakimiyyətliliklə əlaqədar gözləməyə üstünlük verir, bu isə şirkətin avtomobil satışlarına birbaşa təsir göstərir. O, pərakəndə və korporativ satışların ötən illə müqayisədə nəzərəçarpacaq dərəcədə azaldığını vurğulayıb.

“Hyundai Auto Georgia” şirkəti də satışın həcminin azaldığını açıqlayıb. Şirkətin baş direktoru bildirib ki, avtomobil biznesi durğunluq dövrü keçirir və satışlar 30 faiz azalıb. Şirkət vəziyyətin ilin ikinci yarısında düzələcəyinə ümid edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR