Gürcüstanda neft məhsullarının pərakəndə satış bazarının 25%-nə ARDNŞ nəzarət edir

Gürcüstanda neft məhsullarının pərakəndə satış bazarının 25%-nə ARDNŞ nəzarət edir
# 19 sentyabr 2014 13:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Gürcüstanın qaz təchizatının 90%-ni Azərbaycan Dövlət Neft Şirkəti təmin edir. Qonşu ölkənin onlarla qazpaylayıcı şəbəkəsi "SOCAR Energy Georgia" MMC tərəfindən idarə olunur.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.

Məqalədə deyilir ki, gərgin səylər hesabına qonşu ölkədə ümumi uzunluğu 4 600 kilometrə yaxın qaz xətləri çəkilib, qazlaşdırma səviyyəsi qısa müddətdə 65%-ə çatdırılıb, 16 minə yaxın abonent təbii qazla təmin edilib: “Bu gün ARDNŞ Gürcüstanda neft məhsullarının pərakəndə satış bazarının da təqribən 25%-nə nəzarəti həyata keçirir. Bunlardan əlavə, Gürcüstanda “SOCAR” brendi ilə 114 yanacaqdoldurma stansiyası fəaliyyət göstərir”.

Məqalədə qeyd edilib ki, ARDNŞ tərəfindən 2006-cı ildə əldə edilən Kulevi "Black Sea" Terminalı Qara dənizdə şirkətə əlverişli mövqe qazandırıb: “İldə 10 mln. ton həcmində neftin və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsinə imkan verən bu terminal hazırda Azərbaycan və Mərkəzi Asiya ölkələrindən xam neft və neft məhsullarının dünya bazarına nəql edilməsində əhəmiyyətli rol oynayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR