Alparslan Bayraktar: Naxçıvanla Türkiyə arasında enerji bağlantısını artırmaq istəyirik

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar

© APA | Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar

# 04 iyun 2024 10:33 (UTC +04:00)

Nüvə, hidrogen enerjisindən, nəhayət, təmiz enerjidən istifadəyə nail olmaq istəyirik.

APA-nın xəbərinə görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil&Gas”) və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin “Caspian Power” açılış mərasimində bildirib.

O qeyd edib ki, Türkiyə və Azərbaycan arasında sıx əməkdaşlıq bir nümunədir:

“Enerji qarşılıqlı əlaqələrimizdə mühüm yer tutur. BTC və digər enerji layihələri qlobal enerji bazarı üçün çox önəmlidir. Qaz ixracı ilə bağlı Azərbaycanla imzalanan sənəd də böyük əhəmiyyət daşıyır. Eyni zamanda, Naxçıvanla Türkiyə arasında enerji bağlantısını artırmaq istəyirik”.

Nazir bildirib ki, Türkiyə Şərqlə Qərb arasında unikal məkanda yerləşir:

“Biz daimi və dayanıqlı enerji landşaftı qura bilərik. İnanıram ki, Azərbaycan qarşıdan gədən COP29-u uğurla həyata keçirəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR