Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov məhkəmə zalından azadlığa buraxılıb - YENİLƏNİB

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov məhkəmə zalından azadlığa buraxılıb - <span style="color: red;">YENİLƏNİB
# 20 iyun 2016 15:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə vəkillər çıxış edərək müdafiə etdikləri şəxslərin barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

R. Məmmədov və digər təqsirləndirilənlər də barələrində bəraət hökmü çıxarılmasını istəyiblər.

Bundan sonra məhkəmə müşavirəyə gedib.

Müşavirədən sonra prosesdə hökm elan edilib.

Hökmə əsasən, təqsirləndirilən Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarov 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar, Arzu Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri isə ləğv edilib.

Qeyd edək ki, günün birinci yarısında keçirilən məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı R. Məmmədov və İsfəndiyar İsfəndiyarovun 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib və həmin müddətin başa çatmış hesab edilməsini, onların məhkəmə zalından azadlığa buraxılmasını, təqsirləndirilən Arzu Məmmədovun barəsində olan ev dustaqlığı qətimkan tədbirinin ləğv olunmasını istəyib.

***

saat 13:47

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Səbinə Quliyeva ifadə verib. Bildirib ki, kompleksdə landşaft dizayneri kimi çalışıb. Ərazidə yaşıllaşdırma dizaynı ilə məşğul olub.

Şahid Günay Quliyeva isə hüquq şöbəsinin müdiri işlədiyini deyib. Onların istintaqa verdikləri ifadə elan edilib.

Şahid Samir Nəsirli isə orada suvarma mexanizmlərini həyata keçirdiyini deyib.

Daha sonra iclasda Maliyyə Nazirliyinin sektor müdiri Ağasəf Ağayev ifadə verib. Bildirib ki, baş nazirin müavinin göstərişi əsasında Bayraq Meydanı Kompleksi İdarəsində yoxlama aparıblar: "Bəzi işçilərin adları tabeldə var idi, lakin qarşısı boş idi. Bəzilərinin adları yox idi amma orada işləyirdilər. Biz də yoxladıq və akt tərtib etdik".

R. Məmmədov isə bildirib ki, yoxlama qərəzli aparılıb.

Prosesdə şahid qismində ifadə verən Ceyhun Cəfərov isə vəkil işlədiyini, İsfəndiyar İsfəndiyarovun ondan obyekt alqı-satqısı sənədlərinə baxmasını xahiş etdiyini deyib: “Sənədlərə baxıb ona məsləhət vermişəm”.

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib və dövlət ittihamçısı çıxış edib. O, R. Məmmədovun və İsfəndiyar İsfəndiyarov 1il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib və həmin müddətin başa çatmış hesab edilməsini, onıarın məhkəmə zalından azadlığa buraxılmasını, təqirləndirilən Arzu Məmmədovun barəsində olan ev dustaqlığı qətimkan tədbirinin ləğv olunmasını istəyib.

Məhkəmə müşavirəyə gedib.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov həbs edilib. Dələduzluqda təqsirləndirilən həmin şəxslərin barələrində həbs-qətimkan tədbiri seçilib. Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib.

Martın 4-də A. Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə Səbail rayon Məhkəməsinə etdiyi müraciətə baxılıb. Müraciətdə o, həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkdiyini qeyd edib. Səbail rayon Məhkəməsi onun xahişini nəzərə alıb və barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirib. Ondan başqa yerə getməmə haqqında iltizam alınıb və azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR