Azərbaycan iki mülki ermənini Ermənistan tərəfə qaytarıb

Azərbaycan iki mülki ermənini Ermənistan tərəfə qaytarıb
# 20 mart 2013 13:24 (UTC +04:00)

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovanın APA-ya verdiyi məlumata görə, mülki ermənilər BQXK-nın vasitəçiliyi ilə martın 20-də günorta saatlarında Qazax-İcevan yolunda Ermənistan hakimiyyət orqanlarına təhvil verilib.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov isə APA-ya bildirib ki, mülki ermənilər Qazax rayonu Bala Cəfərli kəndi ərazisində qarşı tərəfə qaytarılıb, proses insidentsiz başa çatıb. F. Sadıqov qeyd edib ki, Azərbaycan hər zaman beynəlxalq humanitar normalara riayət edib: “Azərbaycan nümunə göstərdi ki, əsir və girovların qısa müddətdə qaytarılması mümkündür. Azərbaycan humanitar pırinspləri həmişə əsas götürüb”.

Qeyd edək ki, Ermənistan Respublikasının Noyemberyan rayonu Dovex kənd sakini Karyan Durmuş Sarkisoviç martın 16-sı saat 16.50-də, Ermənistan Respublikasının İcevan rayonu Ayqovid kənd sakini Arakelyan Anahid Hamazasovna isə martın 17-si saat 16.20-də təmas xəttinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfə keçərkən Silahlı Qüvvələrimiz tərəfindən saxlanılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR