Mard: "Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü ilə bağlı razılıq əldə olunması çox müsbət haldır”

 Mard: "Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü ilə bağlı razılıq əldə olunması çox müsbət haldır”
# 02 iyun 2016 07:58 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün baş tutması, habelə növbəti görüşlə bağlı razılığın əldə olunması çox müsbət göstəricidir”.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

M. Mard qeyd edib ki, Aİ belə görüşlərin keçirilməsini yüksək qiymətləndirir: “Avropa İttifaqı olaraq biz çox şadıq ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində belə addımlar atılır. Qeyd edim ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də prezidentlərin növbəti görüşünün keçirilməsi üçün fəal iş aparırlar”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR