İran Neft Nazirliyi: “Sanksiyaların İrana deyil, Avropaya zərəri dəyib”

İran Neft Nazirliyi: “Sanksiyaların İrana deyil, Avropaya zərəri dəyib”
# 28 yanvar 2013 10:58 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “Avropa Birliyinin Tehrana qarşı sanksiyalarının İranın neft satışına heç bir təsiri olmayıb”. APA-nın İSNA-ya istinadən məlumatına görə, bunu İranın neft nazirinin mətbuat katibi Əlirza Nikzad deyib.

O bildirib ki, sanksiyalar Avropanın özünə zərər verib, İrana isə heç bir problem yaratmayıb: “ Sanksiyalar İran üçün yeni imkanlar açdı. Məsələn, hazırda “Cənub Pars” qaz yatağının 19-cu fazasında yalnız iranlı mütəxəssislər çalışır, artıq əcnəbilərə ehtiyac qalmayıb. Sanksiyalardan sonra Avropa ölkələrinin yerini dərhal yeni ticarət partnyorları tutdu. Artıq onlarla uzunmüddətli müqavilələr imzalamışıq. Avropa Birliyi sanksiyaları ləğv edənədək İran Qərbə karbohidrogen məhsullarını satmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR