Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığına həsr olunmuş beynəlxalq konfrans keçirilir - FOTO

Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığına həsr olunmuş beynəlxalq konfrans keçirilir - <span style="color: red;">FOTO
# 16 mart 2015 10:20 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Tiflisdə “Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığın gələcəyi: Yeni imkanlar və çağırışlar” mövzusunda beynəlxalq konfrans başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Azərbaycanı Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Tədbiri Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun (CFSİS) prezidenti Aleksandr Rondeli açaraq Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının yeni olmadığını və qonşuların bu əməkdaşlığa maneə törətdiklərini bildirib: “Rusiyanın təcavüzkar siyasəti regionda bəzi dəyişikliklərə gətirib çıxarır. Bu ölkə öz təsirini həm Gürcüstana, həm də Avropaya hiss etdirmək istəyir. Biz gələcəkdə daha güclü üçtərəfli əməkdaşlıq formalaşdırmalıyıq”.

Gürcüstan xarici işlər nazirinin müavini Gigi Gigiadze Azərbaycan, Gürcüstan və Türkiyə arasında siyasi, iqtisadi, turizm və digər sahələrdə mühüm və əhəmiyyətli əməkdaşlığın mövcud olduğunu bildirib: “Regionda biz bir əməkdaşlıq forması yaratmışıq və bu, bizə çox böyük fürsətlər verir”.

SAM-ın direktoru Fərhad Məmmədov çıxışında Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığının özünü doğrultduğunu qeyd edib: “Keçən il bu tədbir Bakıda keçirilib. Bu gün bizim Cənub dəhlizində iştirakımız olduqca müsbət bir irəliləyişdir”.

Tədbir üç sessiyada davam edib. Birinci sessiyada SAM-ın direktoru Fərhad Məmmədov, Türkiyə XİN-in Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, professor Əli Rəsul, Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun (CFSİS) prezidenti Aleksandr Rondeli, SAM-ın xarici siyasət departamentinin şöbə müdiri Cavid Vəliyev və başqaları iqtisadiyyat, nəqliyyat və təhlükəsizlik sahəsində üç ölkənin əməkdaşlığı haqqında məruzələrlə çıxış ediblər.

Günortadan sonra davam edəcək sonrakı sessiyalarda Azərbaycan, Gürcüstan və Türkiyənin birgə həyata keçirdikləri strateji layihələr, bölgədə təhlükəsizlik, gələcəkdə regional nəqliyyat-infrastruktur və qeyri-neft sektoru sahəsində iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR