Oğuzda maşınını aşıran sürücü ölüb, anası yaralanıb

Oğuzda maşınını aşıran sürücü ölüb, anası yaralanıb
# 17 oktyabr 2014 08:32 (UTC +04:00)

Oğuz rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayon mərkəzindən Xaçmaz kəndinə gedən yolda baş verib.

Oğuz rayonunun Xaçmaz kənd sakini, 1984-cü il təvəllüdlü Natiq Ağabəy oğlu Abidov idarə etdiyi “Land Cruiser” markalı 90 VN 715 dövlət nömrə nişanlı minik avtomobili ilə Xaçmaz kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarına aşırıb.

Qəza nəticəsində Natiq Abidov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, sürücünün anası Raqibə Abidova isə yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı Oğuz RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR