Nazirlik: "Audi" avtomobillərinin reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiqlik əlamətləri aşkarlanıb

Nazirlik: "Audi" avtomobillərinin reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiqlik əlamətləri aşkarlanıb
# 20 oktyabr 2014 15:20 (UTC +04:00)

Bu barədə “APA-Economics”ə İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.

Həmin reklamlarda "Audi" markasının digər avtomobil markalarından üstünlüyü fikrini yaradan "Audi hər zaman öndə", "Audi Q7 liderlik üçün yaradılıb", "Audi Q3 seqmentinin yeni etalonu" məzmunlu ifadələrdən istifadə edildiyi müəyyən olunub.

Bununla əlaqədar "Audi" avtomobillərinin satışını həyata keçirən "Europen Cars" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR