Mart ayının ilk həftəsində paytaxt ərazisində 368 sərxoş sürücü aşkar edilib

Mart ayının ilk  həftəsində paytaxt ərazisində 368 sərxoş sürücü aşkar edilib
# 11 mart 2015 08:06 (UTC +04:00)

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, fevral ayının 28-dən mart ayının 7-nə qədər paytaxt ərazisində 18 yol qəzası baş verib. Baş verən qəzalarda 3 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

Hesabat dövründə paytaxt Bakıda 17895 sürücü barəsində inzibati protokol tərtib edilib.

Tərtib edilən protokolların 368-ı sərxoş sürücü , 1576-sı işıqforun qırmızı işığında keçmə, 105-i pərdə və plyonkadan istifadə etmə, 25 avtoxuliqanlıq, 3470-i yolayrıcı keçmə qaydasını pozma, 60-ı qəza şəraiti yaratma, 88-i müvafiq sənədi olmadan nəqliyyat vasitəsi idarə etmə, 82-si polisin saxla əmrinə tabe olmama və 2241-i piyada keçidindən istifadə etməyən şəxslərin payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR