“Bank VTB (Azərbaycan)”nın kiçik və orta sahibkarlıq üzrə kredit portfeli 100 mln. dolları ötüb

“Bank VTB (Azərbaycan)”nın kiçik və orta sahibkarlıq üzrə kredit portfeli 100 mln. dolları ötüb
# 03 oktyabr 2014 14:19 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Bank VTB (Azərbaycan)”nın kiçik və orta sahibkarlıq (KOS) üzrə kredit portfeli 100 mln. ABŞ dolları həddini aşıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 1 oktyabr 2014-cü il tarixinə əsasən, bankın KOS üzrə kredit portfeli 101 mln. dollar təşkil edib. Bu isə KOS üzrə kredit portfelinin sürətli artması deməkdir. Belə ki, bu ilin əvvəlindən etibarən bankın KOS üzrə kredit portfeli 2,4 dəfə və ya 138% artıb. 2013-cü ilin analoji müddəti ilə müqayisədə, bu ilin 1 sentyabr tarixinə kredit portfeli 3 dəfə və ya 197% artıb.

Bank bundan sonra da kiçik və orta sahibkarlıq üzrə kredit portfelini artırmaqda davam etmək, iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsini daha da gücləndirməyi planlaşdırıb.

“Bank təkcə Bakıda deyil, həmçinin filial açmağı planlaşdırdığımız bütün regionlarda sahibkarlarla işi gücləndirməyi nəzərdə tutub”, - deyə bankın Kiçik və Orta Biznes İdarəsinin rəisi Bəhruz Camalov deyib.

“Ölkənin maliyyə bazarının tələbatını nəzərə alaraq, bankımız real sektorun layihələrinin maliyyələşdirməsi istiqamətində fəaliyyətini daha da aktivləşdirəcək. “Bank VTB (Azərbaycan)”nın kredit portfelində real sektorun payının artırılması bankımızın inkişaf perspektivlərinin əsaslarından biridir”, - deyə Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Tural Vəliyev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR