Qəhrəman kəşfiyyatçı İbad Hüseynovdan bəhs edən kitabın təqdimat mərasimi keçirilib - FOTO

Qəhrəman kəşfiyyatçı İbad Hüseynovdan bəhs edən kitabın təqdimat mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 18 fevral 2012 16:04 (UTC +04:00)
Bakı – APA. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində «Azərbaycan Bayrağı» Ordenli keçmiş döyüşçü, qəhrəman kəşfiyyatçı İbad Hüseynovdan bəhs edən «Xüsusi təyinatlı» adlı kitabın təqdimat mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə millət vəkilləri, İbad Hüseynovun komandiri olmuş yüksək çinli zabitlər, döyüşçü dostları, gənclər, QHT rəhbərləri, KİV nümayəndələri iştirak edib.

Təqdimat mərasimini açıq elan edən Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, kitabın redaktoru Əkbər Qoşalı sağlığında əfsanələşmiş İbad Hüseynovun haqqında bir sıra maraqlı yaradıcılıq işlərinin, o cümlədən filmlərin, kitabların hazırlandığını qeyd edərək, təqdim olunan kitabın məziyyətləri barədə məlumat verib. Sonra İbad Hüseynovun döyüş yolundan bəhs edən “Kəşfiyyatçı” filmi nümayiş olunub.

Tədbirdə çıxış edən millət vəkili, kitabın ön söz yazarı Qənirə Paşayeva İbad Hüseynovun Vətən qarşısında xidmətlərindən söz açaraq, onu gənclərə örnək isim olaraq göstərib.

Millət vəkilləri Aqil Abbas, Zahid Oruc, Fazil Mustafa və İlham Məmmədov filmin və kitabın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər.

Sonra İbad Hüseynovun böyüyüb boya-başa çatdığı Xocavənd rayonunun İcra hakimiyyəti başçısı Eyvaz Hüseynov, müdafiə nazirinin keçmiş müavini, polkovnik Məhərrəm Cahangirov, polkovnik Məhəmməd Qədirov, polkovnik-leytenant, keçmiş alay komandiri Məmməd Rəhimov, BDU-nun kafedra müdiri Əyyub Əzizov, “Zirvə” Mədəniyyət və İncəsənət İctimai Birliyinin şöbə müdiri Zaur Qüdrətoğlu, İbad Hüseynovun əsgərlik yoldaşı Hacı Ənvər qəhrəman soydaşımız haqqında fikirlərini bölüşüblər.

“Xüsusi təyinatlı”nın müəllifi Sahib Şirinov və “Xüsusi təyinatlı” İbad Hüseynov sonda hər kəsə, bütün təqdimat iştirakçılarına öz minnətdarlıqlarını bildiriblər. Qəhrəman kəşfiyyatçı İbad Hüseynov çıxışını bu sözlərlə bitirib: “Biz Qarabağın itirilməsi faktı ilə barışmamışıq, barışmırıq, barışmayacağıq! Biz cənab Ali Baş Komandanın döyüş əmrinə, onun ətrafında həmişə sıx birləşməyə, Ali Baş Komandanın hər bir tapşırıq və əmrini sözsüz yerinə yetirməyə hər an hazırıq!”

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR