Azərbaycanda 3 məhkəmə hakiminə töhmət verilib

Azərbaycanda 3 məhkəmə hakiminə töhmət verilib
# 13 fevral 2012 13:49 (UTC +04:00)
Şuradan APA-ya verilən xəbərə görə, ədliyyə naziri, MHŞ sədri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar qeyd olunub, bəzi təşkilati tədbirlərə baxılıb.

İclasda hakimlər barədə intizam icraatlarına baxılaraq fəaliyyətlərində kobud qanun pozuntuları, süründürməçilik, habelə korrupsiyaya şərait yaradan hallara yol verildiyinə görə Bakı şəhəri Xəzər rayon məhkəməsinin hakimi Əkrəm Qəhrəmanova, Qəbələ rayon məhkəməsinin hakimi Tofiq Məmmədova və Göycay rayon məhkəməsinin hakimi Elxan Babayevə töhmət verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR