“Olimpiakos”un sabiq baş məşqçisi Azərbaycanda çalışacaq
04 iyun 2012 10:19 (UTC +04:00)
Bakı – APA. “Bakı” klubunun məşqçilər korpusunda dəyişiklik baş verib. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Novruz Əzimov məlumat verib.
Latviyalı köməkçisi İqor Kosovun vəzifəsindən ayrıldığını bildirən Əzimov komandaya yeni mütəxəssisin cəlb edildiyini söyləyib.
Belə ki, tanınmış serbiyalı mütəxəssis Bojidar Bandoviç də bundan sonra “zolaqlılar” üçün çalışacaq: “O, idman direktoru olacaq. Bandoviç komandanın fəaliyyətinə nəzarət, planların hazırlanmağına kömək edəcək”.
Qeyd edək ki, “Bakı”nın baş məşqçi postuna namizədlər arasında yer alan 43 yaşlı Bandoviç Yunanıstanın ən titullu klubu olan “Olimpiakos” və bir sıra komandalarını çalışdırıb.

Futbol
"Bayer" Almaniya çempionatını rekorda imza ataraq başa vurub
20:53
18 may 2024
14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb
00:22
18 may 2024
Dünyanın ən böyük derbiləri: Siyahıda "Qalatasaray" - "Fənərbaxça" matçı da var
15:35
17 may 2024
Futbol üzrə Azərbaycan çempionatlarının kubok və medalları yeni dizaynda hazırlanıb
14:52
17 may 2024