Yəməndə 3 «MKİ casusu» edam edilib

Yəməndə 3 «MKİ casusu» edam edilib
# 10 oktyabr 2012 01:37 (UTC +04:00)
Bakı-APA. Yəməndə «Əl-Qaidə» beynəlxalq terror şəbəkəsinin yerli bölməsinin üzvləri Maarib şəhərinin 3 sakininin başlarını kəsiblər. Onlar Mərkəzi Kəşfiyyat İdarəsinə işləməkdə günahlandırılıblar.

Silahlılar başları kəsilmiş cəsədləri şəhər küçələrinə atıblar. Onların iddiasına görə, başları kəsilmiş şəxslər vaxtilə «Əl-Qaidə»nin bir neçə nüfuzlu üzvü barədə məlumatları MKİ-yə ötürüblər. Nəticədə MKİ həmin şəxslərin izinə düşərək onları məhv edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR